Xırdalan Şərab Zavodunu idarə edən "A+CO" MMC təşkilati-hüquqi formasını dəyişib.

Blog

A+Co şirkəti Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.

 

“A+Co” MMC 22 dekabr 1997-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, 28-ci kvartaldır. Şirkət şərab, konyak və digər alkoqollu içkilər istehsal edir. “A+Co” məhsullarını Çin və Rusiya bazarlarına göndərir.

 

Həmçinin, “A+Co” ilə eyni ünvanda yerləşən "GOLD VİNE" MMC də təşkilati-hüquqi forması dəyişərək "GOLD VİNE" ASC çevrildiyini elan edib.

 

“A+Co”  və "GOLD VİNE" şirkətlərinin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.