A+CO Romance şərablarının təqdimatını həyata keçirdi.

Blog

"A+CO" şirkəti tərəfindən somelyelər, şirkət nümayəndələri, rəsmi qonaqlar, tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə yeni "Romance” şərablarının təqdimat mərasimi təşkil edilib. Tədbiri rəsmi açılış nitqi ilə başladıqdan sonra hər bir çeşid özünəməxsus musiqi və rəqs performansı ilə təqdim olunub və qonaqlar şərabları dequstasiya ediblər. 

"Romance” markasının yaranması şərabçılıq sahəsində daxili bazarı ələ almaq və xarici bazarlarda layiqli yer tutmaq məqsədi daşıyır.

Bu brend adı altında istehsal olunan məhsullar müxtəlif dequstasiyalar və laboratoriyalarda aparılan müvafiq analizlərdən keçib.

"Romance" markası daxilində 6 fərqli çeşid təqdim edilir: Qırmızı kəmşirin, Qırmızı kəmturş, Qırmızı turş, Ağ kəmturş, Nar və Rose.

 

Tezliklə "Romance" markasının məhsulları market və şərab evlərindəki rəflərə gözəllik qatacaq.