Dizayner


A+CO” ASC “Dizayner” vəzifəsi üzrə işçi axtarışı elan edir.


Vəzifə öhdəlikləri:


• Şirkətin istehsal etdiyi məhsulların qablaşdırmalarını dizayn etmək və mətbəə üçün çapa hazır vəziyyətə gətirmək;
• Təqdim edilmiş briflərə əsasən sıfırdan qablaşma dizayn etmək;
• Rəqəmsal platformada həyata keçiriləcək reklamlarda vizualları müəyyənləşdirmək və dizayn etmək;
• Promouterlərin brend geyimlərini, şirkətin korporativ geyim formasını və digər korporativ elementlərini dizayn etmək;
• Sosial media şəbəkələri üzrə rəqəmsal postları və digər məzmunları dizayn etmək;
• Banner, buklet və digər vizual materialları hazırlamaq;
• Ən son trendlərdən xəbərdar olmaq.

Tələblər:


• Ali təhsil (Dizayner sahəsi üzrə);
• Qrafik Dizayner sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
• Adobe Photoshop, Adobe İllustrator, Adobe İndesign proqramlarından sərbəst istifadə bacarığı;
• Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• Yaradıcı, yenilikçi, məsuliyyətli, araşdırma bacarığı.


İş şəraiti: 


• İş yeri: Xırdalan şəhəri;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; 
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Dizayner” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.


Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.