Aqronom
“A+CO” ASC “Aqronom” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Meliorativ tədbirlərini həyata keçirilməsi üçün planlar hazırlamaq;
• Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
• Becərmə və biçim müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
• Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
• Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
• Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək;
• Məhsul istehsalını artırmaq üçün qabaqcil texnologiyalardan istifadə etmək;
• Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
• İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
• Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət etmək;
• Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir;
• Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqini aparmaq;
• Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsi ilə bağlı işləri planlayır və təşkil etmək;
• İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak etmək;
• Əkin sahələrində çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil etmək, onların problemləri, təklifləri ilə maraqlanmaq və aidiyyati şöbələr üzrə məlumatların verilməsini təmin etmək.
Tələblər:
• Ali təhsil (Aqrar sahəsi üzrə);
• Aqronom vəzifəsində ən azı 5 illik iş təcrübəsi;
• Dənli bitkilərin becərilməsi ilə bağlı iş təcrübəsi;
• MC Office proqramından istifadə bacarığı;
• Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə;
İş şəraiti:
• İş yeri: Saatlı rayonu;
• Nahar, korporativ nömrə, nəqliyyat və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aqronom” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.