Satış üzrə Mühasib
“A+CO” ASC “Satış üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Müştərilər üzrə satış və xərc hesabatlarını hazırlamaq;
• Məhsullar üzrə satış və qaytarış qiymətlərini yoxlamaq və düzəlişlərini etmək;
• Müqavilə üzrə və cari razılasmaya əsasən aylıq, rüblük və illik xərclərin faktiki göstəricilərə əsasən sistemə işləmək;
• Müştərilərlə olan üzləşmələrin analizi;
• Kassa və bank əməliyyatlarını yoxlamaq;
• Müştərilər üzrə digər əməliyyatların sistem üzərindən icrası.
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq);
• Mühasibatlıq və ya maliyyə sahəsində ən azı 2 illik iş təcrübəsi;
• ACCA üzrə sertifikatlar üstünlükdür;
• MC Office və Logo proqramlarından istifadə bacarığı;
• Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• Analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə;
• Ezamiyyətlərə açıq olmaq.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.