Fəhlə
“A+CO” ASC “Fəhlə” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Anbara göndərilən məhsulların nəqliyyat vasitəsindən anbara kimi səliqəli şəkildə daşınmasını həyata keçirmək;
• Məhsulları ərazi daxilində ayrılmış yerlərə müvafiq şəkildə yerləşdirilmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
• Təhsil: Orta;
• İş təcrübəsi: 1 ildən aşağı;
• Komanda ilə işləmə bacarığı;
• Dəqiqlik və məsuliyyət.
İş şəraiti:
• Əmək haqqı 570-620 AZN;
• Nahar və forma şirkət tərəfindən təmin edilir;
• İş yeri: Xırdalan şəhəri;
• İş qrafiki: 6 günlük,
yalnız gecə növbəsi, iş saatı 20:00-06:00, əmək haqqı 620 azn;
yalnız gündüz növbəsi: 09:00-18:00, əmək haqqı 570 azn.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-ni mövzu yerinə “Fəhlə” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.